Advertisement X
www.youtube.com/watch?v=mVu_nyeL5zU
  
"Xunan" İnternet Qəzeti
Ən son yenilənmə: 27/08/2010

Səhifələr: [1] [2] [3] [4] [5] [6] [7] [8]

Yaponiya səfiri Tovuzda olub

Səfər millət vəkili Qənirə Paşayevanın dəvətilə reallaşıb< /p>

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Masamitsu Oki Tovuz rayonuna səfəri icra hakimiyyətində rəsmi görüşlə başlayıb. Rayonun rəhbəri Tofiq Zeynalov səfirə Tovuzun iqtisadi və turizm potensialı barədə məlumat verib və qonağa saz hədiyyə edib.

Bölmə: Bölgə
Yazar: "Xunan" Qəzeti 10:12 27/08/10 Oxunub: 30 Şərhlər Şərhlər (0)  
Tovuzda Əyləncəli Uşaq Futbol Məktəbi açılıb

Açılışda deputatlar Qənirə Paşayeva, Rauf Əliyev və rayon ictimayətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Qənirə Paşayeva bildirib ki, respublikamızda idmana xüsusi diqqət yetirilir. Millət vəkili qeyd edib ki, gənclərimizin sağlam böyümələri, pis vərdişlərə meyillərinin olmaması üçün idmanın inkişafı çox önəmli və vacibdir.

Bölmə: İdman
Yazar: "Xunan" Qəzeti 11:00 19/08/10 Oxunub: 83 Şərhlər Şərhlər (0)  
Tovuzda tələbələrlə görüş keçirilib

Millət vəkili Qənirə Paşayeva ali məktəbə qəbul olunan tovuzlu tələbələrlə görüşüb

Rayon Mədəniyyət Evində keçirilən tədbirdə millət vəkili Qənirə Paşayeva, rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, rayon Təhsil Şöbəsinin müdiri Şamil Alıyev, müəllimlər, bu il tələbə adını qazanmış abituriyentlər və onların valideynləri iştirak ediblər.

Bölmə: Təhsil
Yazar: "Xunan" Qəzeti 07:28 09/08/10 Oxunub: 106 Şərhlər Şərhlər (0)  
TUMİB seçkin jurnalistləri mükafatlandırdı

“Milli mətbuatımızın dünəni, bu günü və gələcəyi” dəyirmi masada müzakirəedilib

Mətbuatımızın 135 illiyi münasibətilə Milli Medianın inkişafındakı xidmətlərinə görə, “Seçkin” mükafatına layiq görülənlər arasında SİA-nın analitiki, "Xunan" qəzetinin yaradıcısı Elçin Bayramlı da var.

Bölmə: Media
Yazar: "Xunan" Qəzeti 09:35 16/07/10 Oxunub: 226 Şərhlər Şərhlər (0)  
Tovuzda 2 su anbarı tikiləcək

Hər bir anbar 1000 kub metrdən artıq su tutumuna malik olacaq

Tovuz rayon Su-Kanal İdarəsinin rəisi Arif İsmayılovun “Xunan”a verdiyi məlumata görə, yay fəslində rayon əhalisinin suya olan tələbatını ödəmək üçün Dondar Quşçu kəndində tutumu 500 kub metr olan su anbarında tikinti işləri aparılır.

Bölmə: Ekonomi
Yazar: "Xunan" Qəzeti 10:50 05/07/10 Oxunub: 337 Şərhlər Şərhlər (0)  
"Biz özümüzə məxsus adamlar deyilik"

Sosial İnformasiya Agentliyinin suallarına millət vəkili Nazim Məmmədov cavab verir

Mən hesab edirəm ki, Azərbaycanın iqtisadi həyatında çox önəmi olan və köklü dəyişikliklərə səbəb olan qanunların yaranmasında əməyim olub. Belə demək mümkündürsə, bəzi təşəbbüsləri öz bostanıma sayıram.

Bölmə: Persona
Yazar: "Xunan" Qəzeti 04:15 30/05/10 Oxunub: 454 Şərhlər Şərhlər (0)  
Atəşin kəsilmədiyi kənd

Tovuzun Koxa Nəbi kəndindən reportaj

"Ermənilər kəndə atmasalar, heç bir çətinliyimiz olmaz. İşığımız, suyumuz var. Bircə qazımız yox idi, onu da deputatımız Nazim Məmmədov həll elədi. Yandırmağa odun tapmırdıq. Meşəyə girmək də olmurdu, erməni vura bilərdi, minaya düşə bilərdik. Təkcə bir dərdimiz var, o da bu müharibədi".

Bölmə: Persona
Yazar: "Xunan" Qəzeti 09:24 20/05/10 Oxunub: 573 Şərhlər Şərhlər (0)  
Qənirə Paşayeva Çində səfərdədir

Deputatımız Ümumdünya Qlobal Qadın Sammitində iştirak edir

Milli Məclisin deputatı Qənirə Paşayeva Ümumdünya Qlobal Qadın Sammitində iştirak etmək üçün Çin Xalq Respublikasına səfər edib. Bu barədə SİA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bölmə: Persona
Yazar: "Xunan" Qəzeti 09:20 20/05/10 Oxunub: 548 Şərhlər Şərhlər (0)  
Tovuzda III Kitab bayramı davam etdirilib

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminın təşkilatçılığı ilə Tovuz rayonunda III Kitab bayramı davam etdirilib. “Səda” İnformasiya Agentliyinin məlumatına görə, kitab bayramı Heydər Əliyevin anadan olmasının 7-ci ildönümü, Böyük Vətən Müharibəsində qələbənin 65 illiyinə həsr olunub.

Bölmə: Təhsil
Yazar: "Xunan" Qəzeti 09:01 20/05/10 Oxunub: 517 Şərhlər Şərhlər (0)  
Tovuz məktəbliləri arasında “Bilik Marafonu” keçirilib

Şamil Alıyev: “Ənənə halını alan yarış rayonun təhsilinin inkişafına hər il öz müsbət təsirini göstərir”

Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və Rayon təhsil şöbəsinin təşkilatçılığı ilə Tovuz rayonunda Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə istedadlı şagirdlər arasında keçirilən “Bilik Marafonu” başa çatıb.

Bölmə: Təhsil
Yazar: "Xunan" Qəzeti 10:54 06/05/10 Oxunub: 570 Şərhlər Şərhlər (0)  
Hər zamanın öz Elxanı doğulur...

Çulpan Zarif (Zaripova Çətin), şair, Tatarstan Yazarlar Birliyi üzvü, filologiya elmləri namizədi, Muğla Universiteti dosenti

Azərbaycan şairi Elxan Zal Qaraxanlının "Yaquar yerişli vaxt" kitabı barədə düşüncələr (Azərbaycan türkcəsinə çevirən Azər Musayev)

Bölmə: Persona
Yazar: "Xunan" Qəzeti 03:23 30/04/10 Oxunub: 659 Şərhlər Şərhlər (0)  
Hansı dairədən namizəd olacağımı müəyyənləşdirməmişəm

"İlham Rəhimovla münasibətlərimiz haqqında danışmaq istəmirəm"

Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılovun müsahibəsi

"Mən ordumuzun gücləndirilməsinin, yeni superdəqiq, yüksək dağıdıcılıq qabiliyyətinə malik silah və texnikanın alınmasının, ümumi səfərbərlik edilməsinin, mülki əhaliyə də təlimlərin keçirilməsinin tərəfdarıyam. Şəhid olan minlərlə övladımız göstərib ki, bu millət torpağı uğrunda döyüşməyi və ölməyi bacarır. Deməli, milləti döyüşə hazırlamaq lazımdır".

Bölmə: Persona
Yazar: "Xunan" Qəzeti 11:01 22/04/10 Oxunub: 639 Şərhlər Şərhlər (0)  
Əmanətlər qaytarılmalıdır

Nazim Məmmədov: “Sovet banklarında “batmış” əmanətlərinin qaytarılması üçün yetərli imkanlar var”

“Əhalinin sovet dövründə banklarda qalan əmanətlərinin qaytarılması üçün Azərbaycanın yetərli maliyyə imkanları var. Bu məsələni çox da gecikdirmək olmaz. Düşünürəm ki, biz bunu mərhələli şəkildə həyata keçirə bilərik”- bu barədə “Səda” İA-ya Milli Məclisin İqtisadi siyasət daimi komitəsinin üzvü Nazim Məmmədov bildirib.

Bölmə: Yaşam
Yazar: "Xunan" Qəzeti 10:32 22/04/10 Oxunub: 647 Şərhlər Şərhlər (0)  
“Turan” çempion oldu!

Final mərhələsinə vəsiqə qazandıran 4 yerdən 2-si Tovuz komandalarına qismət olub

AFFA-nın U-13 liqasında mübarizə aparan “Turan”ın yeniyetmə futbolçuları Qərb-Gəcnə regionun çempionu adını qazanıb. Klubun mətbuat xidmətinin rəhbəri Rasim Əliyevin “Xunan”a verdiyi məlumata görə,

Bölmə: İdman
Yazar: "Xunan" Qəzeti 03:45 14/04/10 Oxunub: 669 Şərhlər Şərhlər (0)  
“Soyqırım” sənədli filminin təqdimatı olub

Qənirə Paşayeva: “Beynəlxalq ictimaiyyətə çatdırılması üçün film ingilis dilinə tərcümə olunacaq”

Bu gün millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə çəkilən “Soyqırım” sənədli filminin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, film “31 Mart Azərbaycanlıların soyqırımı günü”nə həsr olunub.

Bölmə: Media
Yazar: "Xunan" Qəzeti 09:42 30/03/10 Oxunub: 694 Şərhlər Şərhlər (1)  
Xətdə olanlar:
Kemale ŞahbaziKemale Şahbazi və 248 Qonaq